Nazirlik: "Köçəri" yalnız Ermənistana məxsus rəqs deyil
"“Köçəri" rəqsinin Ermənistana məxsus rəqs kimi Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilməsi o demək deyil ki, bu, yalnız Ermənistana məxsusdur”.
Bunu APA-ya Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov deyib.
Nazirlik rəsmisi bildirib ki, “Köçəri” Azərbaycan və regionun digər xalqlarına məxsus rəqs növüdür: “Dolmanın UNESCO-nun Qeyri-maddi mədəni İrs üzrə Reprezentativ siyahısına Azərbaycan ənənəsi kimi daxil edilməsi isə milli mətbəximizin tanıdılması baxımından böyük uğurdur. Bu, dolmanın milli mətbəx nümunəsi ikimi dünyada tanıdılması üçün vacib vasitə və səbəb olacaq. Nominasiya sənədi Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi və Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin birgə əməkdaşlığı ilə təqdim edilib”.
V. Şixəmmədov əlavə edib ki, adı çəkilən qurumların UNESCO-nun Qeyri-maddi mədəni İrs üzrə Reprezentativ siyahısı ilə bağlı birgə əməkdaşlığı gələcəkdə də davam edəcək.
832 dəfə oxundu