" Təhsil nazirinin vətəndaşlarla görüşü təxirə salınıb" - Nazirlik

" Təhsil nazirinin vətəndaşlarla görüşü təxirə salınıb" -

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bu ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, dekabrın 11-də təhsil nazirinin Neftçala rayonunda nəzərdə tutulan görüşü qeyri-müəyyən vaxta qədər təxirə salınıb.
Gundeminfo.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.

"Bununla bağlı vətəndaşlara əlavə məlumat veriləcək", - deyə nazirlikdən əlavə olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin dekabr ayının 5-də imzaladığı sərəncamla Mikayıl Cabbarov təhsil naziri vəzifəsindən azad olunaraq vergilər naziri təyin edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
820 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...