Zaqatalada çaqqal küçədə sakinlərə hücum edib, 6 nəfər xəsarət alıb

Zaqatalada çaqqal küçədə sakinlərə hücum edib,


Azərbaycanın Zaqatala rayonunda çaqqal sakinlərə hücum edib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Zaqatala şəhəri ərazisində qeydə alınıb. Şəhərin küçələrindən birində çaqqal işə gedən insanlara hücum edib. Nəticədə 6 nəfər şəhər sakini Zaqatala Mərkəzi Rayon Xəstəxanasına müraciət edib.

Xəstəxananın poliklinika şöbəsinin müdiri Məmmədrəsul Teyyubov APA-nın yerli bürosuna 6 nəfərin vəhşi heyvanın hücumuna məruz qalması şikayəti ilə xəstəxanaya müraciət etməsi faktını təsdiqləyib. O bildirib ki, həmin şəxslərə quduzluq əleyhinə peyvənd vurulub və əlavə tibbi yardım göstərildikdən onlar sonra evə buraxılıblar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1315 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...