Rövnəq Abdullayev: "SOCAR Türkiyədə "Total"ın YDM-lərini almaq istəmir"

Rövnəq Abdullayev: "SOCAR Türkiyədə "Total"ın YDM-lərini almaq istəmir"

SOCAR “Total” şirkətinin Türkiyədəki yanacaqdoldurma stansiyalarını almaqda maraqlı deyil.
Bunu jurnalistlərə açıqlamasında SOCAR prezidenti Rövnəq Abdullayev bildirib. “Mən özüm bu barədə KİV-dən öyrəndim. Məsələ nəzərdən keçirilə bilər, amma xüsusi marağımız yoxdur. İlk növbədə Türkiyədə neft emalı zavodunun inşaasını, həmçinin toptan yanacaq satışını reallaşdırmalıyıq. Türkiyədə marja çox aşağıdır və əgər mənfəət olsaydı, “Total” stansiyaları satmaq qərarı verməzdi”, - deyə SOCAR rəhbəri qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1490 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...