Azərbaycan əcnəbi haker barəsində beynəlxalq axtarış elan edib

Azərbaycan əcnəbi haker barəsində beynəlxalq axtarış elan edib

Azərbaycanda bəzi şirkətlərin hesabından külli miqdarda pul oğurlayan nigerliyalı haker barəsində İnterpol xətti ilə axtarış elan edilib. APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, Nigeriya vətəndaşı, 36 yaşlı Muciyu Laulu Siyun Salisu kompüter sistemi və elektron-kompüter xidmət qaydalarının pozulması, kompüter sistemlərinə qanunsuz müdaxilə və oğurluqda təqsirli bilinir. Azərbaycan hüquq-mühafizə orqanları onun barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1478 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...