Dövlət qurumları regionlara köçürülsün - Təklif

Dövlət qurumları regionlara köçürülsün -


Azərbaycanda dövlət əhəmiyyətli obyektlərin regionlara köçürülməsi təklif edilir.

“Qafqazinfo” xəbər verir ki, bu təkliflə millət vəkili Aydın Mirzəzadə Milli Məclisin 2016-cı ilin dövlət büdcəsinə həsr edilən iclasında çıxışı zaman deyib. Bu yaxınlarda Mingəçevir Dövlət Universitetinin yaradılmasını böyük hadisə kimi qiymətləndirən A. Mirzəzadə bildirib ki, Bakıda olan ali təhsil ocaqlarından, o cümlədən hərbi litseylərdən də Mingəçevirə köçürmək və həmçinin Mingəçevirdə yeni hərbi litsey yaratmaq da olar.

A.Mirzəzadə ipoteka məsələsinə də toxunub. O qeyd edib ki, maliyyə vəsaitinin azalmasından asılı olmayaraq ipoteka məsələsi diqqətdə saxlanmalıdır: “İpotekaların verilməsi tikinti sahəsində canlanmaya, inkişafa, yeni iş yerlərinin açılmasına və sosial problemlərinin həllinə səbəb olur”. A.Mirzəzadə həmçinin təhsil krediti məsələsinin aktuallaşdırılmasını vacib hesab edib: “Nəzərə alsadq ki, Azərbaycanda 40-dan çox dövlət ali təhsil müəsisəsi var və 10-a qədər özəl universitet fəaliyyət göstərir, Azərbaycanda 10 minlərlə tələbənin təhsil kreditinə ehtyacı var”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1258 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...