Son 3 ayda 79 minə yaxın uşaqda xəstəlik aşkarlanıb

Son 3 ayda 79 minə yaxın uşaqda xəstəlik aşkarlanıb

Azərbaycanda bu ilin yanvar-mart ayları ərzində uşaqlar arasında həyata keçirilən icbari dispanserizasiya nəticəsində müayinə edilmiş 767229 uşağın 78797-də xəstəlik aşkarlanıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, xəstəliklər daha çox 6-13 yaş arasında olan uşaqlarda üzə çıxarılıb. Xəstəlik aşkarlanmış uşaqların 24573 nəfəri 0-5 yaşlı, 36981 nəfəri 6-13, 17243 nəfəri 14-17 yaşlı olub.

Bu il ümumilikdə 36935 uşaq dispanser qeydiyyatına götürülüb. Bu müddətdə 14403 uşaq sağalma ilə əlaqədar dispanser qeydiyyatından çıxarılıb, 5053 uşaq hospitalizasiya olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1691 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...