“Təxribat Gəncədə hələ bir müddət əvvəl başlamışdı”

“Təxribat Gəncədə hələ bir müddət əvvəl başlamışdı”


Noyabrın 26-da Bakının Nardaran qəsəbəsində bir qrup radikal şəxslərin respublikamızda ictimai-siyasi sabitliyi pozmaq, təxribatlar, kütləvi iğtişaşlar və terror aktları törətmək , bütövlükdə konstitusiya quruluşunu dəyişdirməyə yönəldilmiş hərəkətlərinə münasibət bildirilməsi ilə əlaqədar Gəncə şəhər ictimaiyyətinin toplantısı keçirilib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, toplantını giriş sözü ilə açan şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bir neçə gün öncə Bakının Nardaran qəsəbəsində bir qrup şəxsin törətdiyi əməlləri pisləyərək onların hərəkətlərinin yolverilməz olduğunu bildirib.

Heç bir qruplaşmaya ölkədə sabitliyi pozmağa icazə verilməyəcəyini deyən E. Vəliyev qeyd edib ki, təxribat Gəncədə hələ bir müddət əvvəl başlamışdı. “Oktyabrın 23-də şəhərdəki Cümə məscidinə toplaşan bir qrup radikal şəxs asayişi pozaraq, dini ayin keçirmək adı altında ekstremist hərəkətlər etmiş, nəticədə hüquq-mühafizə orqanları tərəfindən 82 nəfər həbs olunmuş digərləri isə ərazidən uzaqlaşa bilmişlər. Dindirilmə zamanı məlum olmuşdu ki, həbs olunanların çoxu digər bölgələrdəndir” deyə E.Vəliyev bildirib.

Sonra şəhər ağsaqqallar şurasının sədri Xalid Orucov, Qafqaz Müsəlmanları İdarəsinin qərb bölgəsi üzrə nümayəndəsi hacı Tahir Abbasov və başqaları çıxış edərək Nardaran hadisələrini pisləyib, ölkədə milli-mənəvi dəyərlərə göstərilən dövlət qayğısından danışıblar.

Tədbirin sonunda Gəncə dindarları adından ölkə ictimaiyyətinə Nardaran hadisələrini pisləyən müraciət qəbul olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1250 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...