“Neft daşları”nda itkin düşən 3 neftçinin ailəsinə niyə yardım verilmir? - AÇIQLAMA

“Neft daşları”nda itkin düşən 3 neftçinin ailəsinə niyə yardım verilmir? -


Baş nazir Artur Rasizadə dekabrın 4-də “Günəşli” yatağının 10 saylı dərin dəniz özülündə baş verən qəzada ölən və itkin düşən neftçilərin ailələrinə 15 min manat birdəfəlik yardım ayrılması ilə bağlı sərəncam imzalayıb. Lakin hadisədən azca əvvəl “Neft daşları”nın Neft-Qaz Çıxarma İdarəsinin 501 saylı özülündə baş verən qəza zamanı da üç neftçi itkin düşmüşdü. Və indi həmin üç neftçinin ailəsi sözügedən sərəncamın onlara aid edilməməsindən narazılıqlarını bildiriblər.

Modern.az-a müraciətlərində onlar bununla bağlı Nazirlər Kabinetinə və Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) müraciət etdiklərini deyiblər: “Qeyri-rəsmi formada həm Neft Şirkətinə, həm də Nazirlər Kabinetinə zəng edib bununla bağlı danışmışıq, bizə qeyri-rəsmi formada deyilib ki, pul veriləcək. Əgər Maliyyə Nazirliyindən pul ayrılmasa, şirkətdən həmin neftçilərin ailələrinə maddi yardım ediləcək. Lakin bu qeyri-rəsmi məlumatdır. Rəsmi formada bizə heç nə bildirilməyib”.

Nazirlər Kabinetinin mətbuat xidmətinn rəhbəri Akif Əli Modern.az-a bildirib ki, bununla bağlı onlar müvafiq orqanlara müraciət etməlidirlər: “Verilən qərara əsasən həmin işin yerinə yetirilməsi üçün aidiyyəti qurumlara tapşırıqlar verilib. İşin bundan sonrakı mərhələsi Maliyyə Nazirliyi ilə ARDNŞ-ə aiddir. Onlar müraciət etsinlər və məsələ araşdırılsın ki, qərar həmin itkin düşmüş neftçilərin də ailələrinə şamil edilə bilər, ya yox. Aiddirsə, o zaman qərara uyğun olaraq birdəfəlik yardım onlara da şamil olunacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1087 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...