Göyçayda 14 yaşlı qız həşərat dərmanı içərək ölüb

Göyçayda 14 yaşlı qız həşərat dərmanı içərək ölüb
Göyçayda 14 yaşlı yeniyetmə zəhərlənərək ölüb.

APA xəbər verir ki, rayonun Qaraxıdır kənd sakini, 2008-ci il təvəllüdlü G.S. yaşadığı evin həyətində yerləşən istixanada zərərverici həşəratların məhv edilməsi üçün qoyulmuş zəhəri içib.

O, pomidor şitillərinə vurulmaq üçün şirə şüşəsinə doldurulmuş mayeni sərinləşdirici içki hesab edib.

Nəticədə 14 yaşlı qız ölüb. Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
744 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...