Özəl bankların kredit portfelinin yarısı 3 bankın əlində cəmlənib - Siyahı

Özəl bankların kredit portfelinin yarısı 3 bankın əlində cəmlənib -

Bu ilin ilk yarısının yekunlarına görə Azərbaycanda fəaliyyət göstərən 26 bankın kredit portfeli 18 milyard 86,3 milyon manat olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bankların ümumi kredit portfeelinin 58,3% və ya 10 milyard 538,8 milyon manatı 4 bankın - "Azərbaycan Beynəlxalq Bankı" (ABB), "Kapital Bank", "Paşa Bank" və "Xalq Bank"ın payına düşüb.

Dövlət banklarını - "Azərbaycan Beynəlxalq Bankı" (ABB) və “Azər Türk Bank” ASC-ni nəzərə almasaq ölkədə fəaliyyət göstərən 24 özəl bankın ümumi kredit portfelinin (14 milyard 358,8 milyon manat) yarısı – 49,4% 3 bankın - "Kapital Bank", "Paşa Bank" və "Xalq Bank"ın payına düşüb.

Bu ilin ilk yarısının nəticəsinə görə "Kapital Bank"-ın kredit portfeli 3 milyard 137 milyon manat, "Paşa Bank"-ın kredit portfeli 2 milyard 510,8 milyon manat, "Xalq Bank"-ın kredit portfeli isə 1 milyard 450,2 milyon manat olub.


Qeyd edək ki, kredit porflelinə görə Azərbaycanın ən böyük 3 bankının səhmdarları aşağıdakı kimi olub:
1. “Kapital Bank” səhimlərinin 99,87 %-i “PAŞA Holdinq”ə, 0,13 %-i isə 190 nəfər fiziki şəxsə məxsusdur.
2. “Paşa Bank” səhimlərinin 56,8 %-i “PAŞA Holdinq”ə, 28,2%-i “Bless” MMC-yə, 9,99%-i Arif Paşayevə, 5%-i isə Mir Camal Paşayevə məxsusdur.
3. “Xalq Bank” səhimlərinin 50%-i "İdeal Biznes Ko” MMC-yə, 33,85%-i “Yevro Standart” MMC-yə, 16,5%-i isə “Amal İnvest Qrup” MMC-yə məxsusdur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
615 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...