Azərbaycan nefti daha 4 faiz ucuzlaşdı

Azərbaycan nefti daha 4 faiz ucuzlaşdı


Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,49 dollar yaxud 3,9% ucuzlaşıb.

"Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 36,71 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1020 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...