Dövlət Agentliyinə yeni Aparat rəhbəri təyin olunub

Dövlət Agentliyinə yeni Aparat rəhbəri təyin olunub
Xudayət Həsənli Əqli Mülkiyyət Agentliyinin Aparat rəhbəri vəzifəsinə təyin edilib.

"Report"un əldə etdiyi məlumata görə, Agentliyin strukturunda yeni kadr təyinatları olub.

Belə ki, Natiq İsayev dövlət qulluğunda çalışmanın son yaş həddinə çatdığına görə Agentliyin Aparat rəhbəri vəzifəsindən könüllü pensiyaya çıxıb və onun yerinə Xudayət Həsənli təyin olunub.

X.Həsənli daha əvvəl Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin direktoru vəzifəsində çalışıb. Hazırda həmin mərkəzin direktoru vəzifəsini müvəqqəti olaraq direktor müavini Anar Hüseynov icra edir.

Bundan əlavə, Agentliyin Əqli mülkiyyətin təhlili və siyasəti şöbəsinin müdiri Rüstəm Ağayev də dövlət qulluğunda çalışmanın son yaş həddinə çatdığına görə könüllü pensiyaya çıxıb.

Onun yerinə Rəcəf Orucov təyin olunub.

Yeni təyinatlarla bağlı məlumat Agentlikdən "Report"a təsdiq edilib.

Dövlət Agentliyinə yeni Aparat rəhbəri təyin olunub

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
183 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...