Azərbaycanda ərzaq bahalaşdı

Azərbaycanda ərzaq bahalaşdı

Aprel ayında mart ayı ilə müqayisədə ərzaq məhsullarının qiymətləri 0,5 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2014-cü ilin müvafiq dövrünə nisbətən bu ilin yanvar-aprel aylarında istehlak mallarının qiymətləri və xidmət tarifləri 3,1 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 4,6 faiz, qeyri-ərzaq mallarının qiymətləri 2,6 faiz, xidmət tarifləri isə 1,5 faiz artıb.

Yanvar-mart aylarında muzdla işləyənlərin orta aylıq əmək haqqı 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz artaraq 449,5 manat təşkil edib.

2015-ci ilin dörd ayında ölkə əhalisinin gəlirləri 5,7 faiz artaraq 12,6 milyard manata çatıb. Gəlirlərin 74,4 faizi son istehlaka, 9,8 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 13,7 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1595 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...