Ayxan Hacızadə: "Ermənistanın monoetnik dövlət olmadığını iddia etməsi erməni saxtakarlığının növbəti nümunəsidir"

Ayxan Hacızadə: "Ermənistanın monoetnik dövlət olmadığını iddia etməsi erməni saxtakarlığının növbəti nümunəsidir"

"Azərbaycanlıları Ermənistanın indiki ərazisindəki tarixi torpaqlarından zorla qovan, Azərbaycanda yüzlərlə etnik xalqın sülh və əmin-amanlıq şəraitində yaşamasını həzm etməyən və bununla bağlı uydurma fikirlər səsləndirən Ermənistanın monoetnik dövlət olmadığını iddia etməsi erməni saxtakarlığının növbəti nümunəsidir".

"Report"un xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə deyib.

O vurğulayıb ki, Ermənistanın həm öz ərazisində, həm də 30 illik müddətdə işğal altında saxladığı şəhər və kəndlərdə azərbaycanlılara məxsus mülkləri dağıtmaqla yanaşı, bu ərazilərə qanunsuz şəkildə erməniləri köçürən Ermənistanın Azərbaycanın öz suveren ərazilərində və tarixi torpaqlarında məskunlaşma həyata keçirməsinə qarşı çıxması absurddur. Bu bəyanat həmçinin Ermənistanın dönə-dönə istinad etdiyi Praqa və Soçi razılaşmaları ilə də birbaşa ziddiyyət təşkil edir.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
397 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...