"Sui-qəsdin siyasi səbəblərlə icra edilməsi şübhə doğurmur"- Fazil Mustafanın partiyası

"Sui-qəsdin siyasi səbəblərlə icra edilməsi şübhə doğurmur"-

"Böyük Quruluş Prtiyası (BQP) partiya başqanı, deputat Fazil Mustafaya qarşı həyata keçirilən sui-qəsdin siyasi səbəblərlə icra edilməsi şübhə doğurmur".

"Report" xəbər verir ki, bu fikirlər Fazil Mustafaya qarşı həyata keçirilən terror aktı ilə bağlı partiyanın yaydığı bəyanatında əksini tapıb.

Bəyanatda BQP üzvlərinin martın 29-da partiya başqanı, deputat Fazil Mustafaya qarşı həyata keçirilən acımasız, alçaq, vəhşi terror aktı ilə bağlı xəbəri böyük sarsıntı və dərin hiddət hissi ilə qarşıladığı qeyd edilib:

"Bu qanlı cinayəti törədən şəxsin və ya şəxslərin, arxasında duran mərkəz və ya qrupların, sifarişçilərin və icraçıların hüquq-mühafizə orqanları tərəfindən ən qısa zamanda aşkara şıxarılaraq ədalət məhkəməsinə təhvil veriləcəyinə və layiq olduqları ən ağır cəzaya məhkum ediləcəyinə ümid edirik".

BQP hesab edir ki, bu sui-qəsdin siyasi səbəblərlə icra edilməsi şübhə doğurmur:

"Terror hadisəsini törədənlərin başlıca məqsədi Azərbaycanın cəhalət girdabında qalmasını istəyənlərə, təhrif olunmuş dini inanc əsarətinə salanlara, məzhəbçi dini ekpansiyaçılara ölkəni təslim edənlərə, milli iradəni yox sayanlara qarşı çıxan mübarəzlərin, ölkə maraqlarını bütün digər maraqların fövqündə tutan aydınların qarşısını kəsmək və bu yolla da cəmiyyətdə qorxu, panika və xof hissi yaratmaqdan ibarətdir".
Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
171 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...