Kişinyovda sülh müqaviləsi imzalanacaq?

Kişinyovda sülh müqaviləsi imzalanacaq?
İyunun 1-də Kişinyovda keçiriləcək sammitdə Azərbaycanla sülh müqaviləsinin imzalanması nəzərdə tutulmayıb.

Axar.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.

"Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması, xüsusən də “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş ətrafında müzakirələr davam edir. Dəfələrlə qeyd etdiyimiz kimi, Ermənistan tərəfi əsas problemlərin həlli yollarının dəqiq formalaşdırıldığı anda saziş imzalamağa hazır olacaq", - A.Badalyan deyib.

Qeyd edək ki, daha öncə "Röyters" Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevaya istinadən Nikol Paşinyan və İlham Əliyevin iyunun 1-də Avropa Siyasi Birliyinin Kişinyovda keçiriləcək sammitində sülh sazişi imzalaya biləcəkləri barədə xəbər yayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
356 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...