Paşinyandan 44 günlük müharibə ilə bağlı sensasion təfərrüatlar
Ermənistan, Rusiya və Azərbaycan liderlərinin üçtərəfli bəyanatı üzrə danışıqlar 2020-ci il noyabrın 6-da başlayıb.
Qaynarinfo xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan 2020-ci il sentyabrın 27-də baş vermiş hərbi əməliyyatların şəraitinin araşdırılması üzrə parlament komissiyasının iclasında deyib.
Paşinyanın sözlərinə görə, o, bəyanatı imzalamağa razılaşıb, lakin bir şərtlə ki, orada Şuşa və Ermənistan ərazisindən keçən ekstraterritorial dəhlizlə bağlı müddəalar olmasın. Bundan başqa, o, Ermənistan tərəfinə Azərbaycanın nəzarətində olan Hadrut rayonunun müqabilində Ağdam rayonunu geri qaytarmağı təklif edib.
"Noyabrın 8-nə olan məlumata görə, hərbçilər şəhərin bir hissəsinin Ermənistan tərəfinin nəzarəti altında olduğunu bildirsələr də, onu tamamilə geri qaytarmağın qeyri-mümkün olduğu aydındır", deyə Paşinyan qeyd edib.
"Bundan əlavə, Dağlıq Qarabağda Stepanakertin (Xankəndi şəhəri nəzərdə tutulur – red.) zəifliyi haqda siqnal verilirdi və və Şuşa məsələsini həll edən Azərbaycan qüvvələrinin Şoş kəndi (Şuşakənd kəndi nəzərdə tutulur – red.) üzərindən Stepanakertə və Əsgərana (Xocalı şəhəri nəzərdə tutulur. - red.) doğru hərəkət edərək Qarabağ Müdafiə Ordusunun (separatçı rejimin hərbi qüvvələri nəzərdə tutulur – red.) müdafiə bölgələrinə arxadan zərbələr endirmək təhlükəsi var idi", deyə baş nazir bildirib.
Ətraflı
Onun sözlərinə görə, o, Rusiya prezidentinin vasitəçiliyi ilə danışıqları davam etdirib və noyabrın 8-9-da onunla 20-yə yaxın, bütün müharibə boyu isə 60-a yaxın telefon danışığı olub.
Qısa vaxtda aydın oldu ki, Azərbaycan tərəfi Ağdamın Hadrutla dəyişdirilməsi planını qəbul etməyib və tərəflər Ağdam və Şuşa haqqında heç nə bildirilməyən mətnə gəliblər. Hərbi əməliyyatların dayandırılması, 7 rayonun qaytarılması, Laçın dəhlizində və Qarabağda rus sülhməramlılarının yerləşdirilməsi barədə danışılıb.
"Noyabrın 9-da səhər mən bu sənədi imzaladım - qeyd edəcəm, axşam yox, səhər, yəni əslində noyabrın 8-dən 9-na keçən gecə. Amma məlum oldu ki, Azərbaycan bu mətni imzalamır və daim yeni tələblər irəli sürür. Rusiya prezidenti Azərbaycanın Tavuş vilayətindəki anklavların qaytarılması ilə bağlı bənd təklif etdiyini deyəndə mən bundan imtina etdim və rəsmən elan edilmiş belə bir sənədin imzalanmasını istisna etdiyimi vurğuladım. Bir müddət sonra məlum oldu ki, bu bəndin geri götürülməsi ilə bağlı razılıq əldə olunub”, deyə Paşinyan bildirib.
"Gecə yarısına yaxın hərbi əməliyyatların intensivliyinin artması, həmçinin Xankəndi səmasında çoxlu sayda pilotsuz təyyarələrin olması barədə xəbərlər gəlməyə başlayıb. Mürəkkəb və uzun sürən müzakirələrdən sonra Paşinyan əlavə edib ki, o, noyabrın 9-da səhər saatlarında olan versiyadan daha pis, lakin Meqri vasitəsilə dəhliz və ya Tavuş bölgəsindəki sovet anklavlarının qaytarılmasını təklif olunanlardan daha yaxşı olan məlum sənədi imzalayıb.
473 dəfə oxundu