Bayramov və Mirzoyanın üç mövzuda razılığa gəlmədiyi deyilir

Bayramov və Mirzoyanın üç mövzuda razılığa gəlmədiyi deyilir
Xəbər verdiyimiz kimi, 27-29 iyun 2023-cü il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində danışıqlar aparılıb.
Yeniavaz.com xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan “Civic.am” saytına Ermənistan və Azərbaycanın bir sıra əsas məsələlər üzrə mövqelərinin əlavə iş tələb etdiyini bildirib.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Vaşinqton danışıqlarında bir sıra məsələlərdə razılığa gəlsələr də, üç əsas məsələdə razılığa gəlməyiblər.
Qeyd edilib ki, bunlar 1975-ci ilin xəritəsinə əsasən demarkasiya və delimitasiya işləridir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
568 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...