Paşinyan Putinə zəng etdi – Sülh müqaviləsini danışdılar

  Paşinyan Putinə zəng etdi –
Ermənistan tərəfinin təşəbbüsü ilə Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.
Yeniavaz.com xəbər verir ki, bu baədə “Kremlin” məlumat yayıb.

Bildirilib ki, Qarabağdakı vəziyyət, o cümlədən Laçın dəhlizi boyunca maneəsiz nəqliyyat əlaqələrinin təmin edilməsi məsələləri müzakirə edilib.
Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020-2022-ci illərdə bütün sazişlər kompleksinin ardıcıl şəkildə həyata keçirilməsinin prinsipial əhəmiyyəti vurğulanıb.
V.Putin Rusiya tərəfinin Ermənistan-Azərbaycan sülh müqaviləsinin işlənib hazırlanmasında əməli yardımı davam etdirməyə hazır olduğunu təsdiqləyib.
Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi razılaşdırılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
457 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...