Brüsseldə müzakirə edilən əsas mövzular məlum oldu - KİV
Bu gün Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirdiyi üçtərəfli görüş başa çatıb.
GUNDEMİNFO.AZ Caliber.Az-a istinadən xəbər verir ki, Brüssel görüşündə müzakirə edilən əsas məqamlar barədə bir sıra məlumatlar əldə edib.
Məlumata görə, Brüsseldə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, eləcə də sülh müqaviləsinin hazırlanması və bağlanması üzrə danışıqlar prosesi, həmçinin sərhədin delimitasiyası, nəqliyyat kommunikasiyalarının və dəhlizlərinin blokdan çıxarılması məsələləri, xüsusilə, Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında dəhliz məsələsi müzakirə edilib.
Ermənistanın qanunsuz silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılması, Azərbaycan tərəfinin “Laçın” nəzarət-buraxılış məntəqəsində qaçaqmalçılıq cəhdləri müəyyən etməsi, Azərbaycan Respublikasının suverenliyi və qanunları əsasında Qarabağın erməni əhalisinin daha sonra məskunlaşması məsələləri müzakirə edilən əsas mövzular olub.
Eyni zamanda, Qarabağda etnik erməni əhalinin sıx məskunlaşdığı ərazilərə humanitar yüklərin daşınması marşrutunun dəyişdirilməsi, Laçın yolunun Bərdə-Ağdam marşrutu ilə əvəz edilməsi ilə bağlı müzakirə aparılıb.
Görüşdə həmçinin Qərbi Azərbaycan icmasının problemləri, bölgənin avtoxton əhalisi olan Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıtması məsələləri gündəmdə olub.
434 dəfə oxundu