AXCP də Ədliyyə Nazirliyindən imtina cavabı aldı

AXCP də Ədliyyə Nazirliyindən imtina cavabı aldı
Azərbaycan Xalq Cəbhəsi Partiyası Ədliyyə Nazirliyi tərəfindən mənfi cavab alıb.
Yeniavaz.com "Meydan TV"yə istinadən xəbər verir ki, nazirliyin Ədliyyə sahəsində Xidmətlər Baş İdarəsinin rəisi İlqar Məmmədovun iyulun 19-da partiyaya göndərdiyi məktubda qeyd olunub ki, 5138 üzvü əhatə edən reyestrdə 2497 nəfər barədə məlumatlar (adı, soyadı, ata adı, doğulduğu tarix) düzgün göstərilmədiyindən onlar partiya tərəfindən dəqiqləşdirilməlidir.
"Reyestrdəki eyniləşdirilmiş şəxslərin sırasından 119 nəfərin başqa partiyanın üzv olduğu, 59 şəxs barədə məlumatların təkrarlandığı və 3 nəfərin öldüyü müəyyən edilib. Həmçinin, reyestrdə adları qeyd olunan şəxslərlə əlaqə saxlanılarkən onlardan 609 nəfəri AXCP üzvü olmadığını bildirib", – nazirlik əlavə edib.
İlqar Məmmədovun sözlərinə görə, təqdim olunan məlumatlarda 33 nəfərin əlaqə telefonunun nömrəsi qeyd olunmayıb.
Nazirlik "Siyasi partiyalar haqqında" Qanunun 30.2 maddəsinə əsaslanaraq reyestrdə aşkar edilən çatışmazlıqların aradan qaldırılması üçün partiyaya 30 gün vaxt verib.
Qeyd edək ki, bundan əvvəl Müsavat Partiyası və REAL Partiyası da imtina cavabı alıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
513 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...