Ərdoğan Putinlə görüş üçün Rusiyaya gedəcək?
Hökumətin prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasında Rusiya lideri Vladimir Putinin Türkiyəyə səfəri müzakirə olunacaq.
Qaynarinfo "Kommersant"a istinadən xəbər verir ki, bu barədə "RİA Novosti"yə Türkiyə prezident administrasiyasındakı mənbə bildirib.
Bununla belə, TASS-ın Ankaradakı mənbəsi Putinlə Ərdoğanın Türkiyədə görüşünün mümkünsüz olduğunu deyib. Eyni zamanda mənbənin sözlərinə görə, "əgər səbəb və uyğun şərtlər olarsa” Türkiyə prezidenti Rusiyaya gələcək.
Eyni zamanda Ankara görüşün onların ərazisində baş tutacağını gözləyir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov görüşün Türkiyədə də baş tuta biləcəyini bildirib. Bununla belə, o, yerin hələ seçilmədiyini vurğulayıb. Putin Türkiyəyə gələrsə, bu, onun Ukraynada hərbi əməliyyatlar başlayandan sonra NATO üzvü olan ölkəyə ilk səfəri olacaq.
Bundan əvvəl Türkiyə prezidentinin baş müşaviri Akif Çağatay Kılıç bildirib ki, Ankara və Moskva hələ də Putinin mümkün səfərini müzakirə edirlər. Türkiyə prezidenti görüşün avqustda baş tutacağını gözləyir.
Avqustun 14-də Türkiyənin "Milliyet” qəzeti mənbələrə istinadən yazıb ki, Putin "yaxın günlərdə” Ankaraya səfər edəcək. Səfərin dəqiq tarixi açıqlanmayıb. Digər media iki ölkə liderinin avqustun sonu və ya sentyabrın əvvəlində görüşəcəyini yazıb.
563 dəfə oxundu