Simonyan Zaxarovanı “hansısa katibə” adlandırdı

Simonyan Zaxarovanı “hansısa katibə” adlandırdı
Ermənistan parlamentinin spikeri Alen Simonyan son günlər Ermənistan-Rusiya münasibətlərində müşahidə olunan gərgin vəziyyətdən danışıb.

“Qafqazinfo” xəbər verir ki, o bu barədə “news.am”ın suallarını cavablandırıb:

“Mən buna gərginlik deməzdim, sualların olduğu, dəqiq cavabların olmadığı bir vəziyyət adlandırardım”.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarovanın bir gün əvvəl səsləndirdiyi və Simonyanın açıqlamalarını “kobudluğa bənzəyən bir şey” adlandırmasına gəlincə, Simonyan bildirib:

“Mən hansısa departamentin hansısa katibəsinə cavab vermək fikrində deyiləm. Bu, mənim səviyyəm deyil. Bunun üçün Xarici İşlər Nazirliyi var, cavab versinlər
”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
470 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...