Elçin Əmirbəyov: “Ermənistan bu gün əldə olunan razılığı tam şəkildə icra edəcək”

Elçin Əmirbəyov: “Ermənistan bu gün əldə olunan razılığı tam şəkildə icra edəcək”

"Azərbaycan öz işini özü həll etməyə məcbur oldu”.

Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bölgədəki son vəziyyətlə bağlı sentyabrın 20-də Xarici İşlər Nazirliyində Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün keçirilən brifinqdə deyib.

O bildirib ki, Ermənistan bu gün əldə olunan razılığı tam şəkildə icra edəcək: "Bu isə sülh prosesinə rəvac verəcək”.

E.Əmirbəyovun sözlərinə görə, Azərbaycan bundan sonra əsas məsələlərə diqqət yetirə biləcək.

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi qeyd edib ki, dünya dövlətlərinin atacağı bəzi addımlar sülh gündəliyinə mane ola bilər: "Azərbaycanın bu müraciətinin eşidiləcəyinə ümid edirəm".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
474 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...