Son ÜÇ GÜN... – Paşinyanın istefası nəyi DƏYİŞƏCƏK?
Artıq 15 gündür ki, Ermənistanda, xüsusilə də İrəvanda Paşinyanın istefasını tələb edən dəstələr davamlı mitinqlər keçirirlər. Etirazçıların son tələbi budur ki, Nikol Paşinyan oktyabrın 5-ə qədər istefaya getməlidir.
Bəs, niyə 5 oktyabr?
Məlum olduğu kimi oktyabrın 5-də Qranadada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənstanın baş naziri Nikol Paşinyanın görüşü gözlənilir. Bəzi ekspertlər hesab edirlər ki, Qranada görüşündə sülh sazişi imzalanmasa da müqavilənin bütün bəndləri barədə ortaq razılığa gəlinəcək.
Bu isə Ermənistandakı revanşistləri və onların xarici havadarlarını ciddi narahat edir. Çünki Azərbaycanla imzalanacaq sülh sazişi Ermənistanın milli və dövlət maraqlarına xidmət etsə də militarist qüvvələrin maraqlarına qətiyyən cavab vermir. Ona görə də bədnam qüvvələr Paşinyanı Qranada görüşündən əvvəl istefaya göndərmək istəyirlər.
Bəs, Paşinyanın istefası nəyə hesablanıb?
Yada salaq ki, Ermənistandakı siyasi hakimiyyətin heç zaman öz mövqeyi olmayıb. Erməni siyasilər öz planlarını və siyasi bəyanatlarını onları himayə edən xarici qüvvələrin maraqlarına və sifarişlərinə uyğun qurublar. Nəzərə alaq ki, son 30 ildə Ermənistan-Azərbaycan münaqişəsində hansısa həlledici məqamda Ermənistanın siyasi hakimiyyətində hansısa dəyişiklik olub. Bəzi hallarda isə hətta qətliamlar törədilib. Nəticədə mümkün anlaşmalar da pozulub.
Çünki Ermənistan ənənəvi yox, “marionet” dövlət olduğu üçün orada varislik prinsipi yoxdur. Məsələn, zaman-zaman Petrosyanın razılaşdığından Köçəryan, Köçəryanın razılaşdığından Sarkisyan, Sarkisyanın razılaşdığındansa Paşinyan imtina edib. Beləcə, danışıqlar prosesi süni şəkildə 30 il uzanıb.
Ona görə də maraqlı qüvvələr çalışır ki, Paşinyanı oktyabrın 5-dək devirsinlər. Beləcə, Ermənistan-Azərbaycan danışıqları yenidən naməlum vaxtadək uzadılsın və revanş üçün vaxt qazanılsın. Daha doğrusu problem sonsuz qədər uzadılsın.
Ermənilər bu dəfə hesabı qarışdırıblar
Erməni siyasətbazları və onların xarici dayaqları indiki məqamda bir çox reallıqları nəzərə almırlar. Onlar unudurlar ki, Azərbaycan nə 1998-ci ildəki, nə də ki, 2018-ci ildəki Azərbaycan deyil. Azərbaycan artıq öz ərazi bütövlüyünü və suveren hüquqlarını bərpa edib. Qalıb təkcə anklavlar məsələsi, sərhədlərin delimitasiya və demarkasiyası. Zəngəzur dəhlizinin açılması da Azərbaycan üçün prioritetdir.
Yəni indiki status-kvo Azərbaycanı qane edir. Ona görə də indiki zamanda Ermənistanda siyasi xaosun yaranmasının Azərbaycan üçün elə bir önəmi yoxdur. Bu daha çox erməni faşistlərin və onları dəstəkləyən bədnam xarici qüvvələrin işinə yarayır. Bir də, Paşinyanın istefası Rusiyanın da işinə yaraya bilər.
Ona görə də Paşinyanın oktyabrın 5-dək istefaya gedəcəyi heç inandırıcı görünmür.
Bizim.Media
506 dəfə oxundu