İran rəsmisindən XƏYANƏT: “Qarabağ həmişə Ermənistan ərazisi olub”
Ermənistanın Azərbaycana ərazi iddiaları başlayandan, İranın İrəvanın yanında olması heç kimdə şübhə doğurmurdu. Hələ 90-cı illərdə, 1-ci Qarabağ müharibəsi zamanı Ermənistana qucaq açan İran ərazilərimizin işğalında dolayısı ilə iştirak edib və düşmən ölkəyə xüsusi rəğbət bəsləyib.
Ermənistanın yanacaqla təmin olunmasında önəmli rol oynayan Cənub qonşumuzun Azərbaycanın işğal altındakı ərazilərinin sökülüb daşınmasında da xüsusi rolu var. Molla rejiminin iç üzü isə özünü 2-ci Qarabağ müharibəsindən sonra daha çox göstərdi. Məlum oldu ki, Ermənistanın maraqları üçün çalışan İran regionda güclü Azərbaycan görmək istəmir.
Qarabağın azad edilməsini sözdə alqışlayan İran hakimiyyəti əməldə ölkəmizin əleyhinə bəyanatlar verir, Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməklə bizə əzələ nümayiş etdirirdi. Zəngəzur dəhlizinin açılmasına qarşı çıxan mollalar bu layihəni özlərinin qırmızı xətti, həmin ərazini isə İranla Ermənistanın min illik sərhədi adlandırırlar.
Görünür, ya çox yaşlanıblar, ya da xurafatla məşğul olmaq onların ağlını alıb. Ermənistan adlı qondarma bir dövlətin cəmi 105 il əvvəl ruslar tərəfindən yaradıldığını unudublar. 105 il əvvəl Cənubi Qafqazda Ermənistan adında dövlət qurulanda isə Zəngəzur Azərbaycan Demokratik Cumhuriyyətinin tərkibində idi. İran mollalarına bölgənin yaxın tarixi barədə bu qədər bəs eləməsə, növbəti dəfə ətraflı şərh edərik.
Ermənistanın hərbi-siyasi dəstəkcisi rolunda çıxış edən İran indi özünü vasitəçi kimi araya soxmaq istəyr. Görünür, hadisələrdə daha fəal olan, məsələnin həllinə molla xeyir-duası verməyə meylli İran xurafatçıları ermənilərə “sevgi dua”sını sonacan oxuyub qurtarmayıblar.
Bu dəfə məsələyə İran Parlamentinin Xarici Siyasət və Milli Təhlükəsizlik Komitəsinin sədr müavini Şəhriyar Heydəri münasibət bildirib. İranın rəsmi dövlət adamı Qarabağı Azərbaycan və Ermənistan arasında mübahisəli ərazi adlandırıb. Onu başa düşmək çətin deyil. Çünki İranda hicri-qəməri tarixilə hələ 1400-cü illərdir və onlar köhnə tarixlə yaşayırlar. Ona görə də oralara xəbər bir qədər gec çatır.
Şəhriyar Heydərinin nəzərinə çatdırırq ki, Qarabağ heç vaxt mübahisəli ərazi olmayıb və o torpaqlar Azərbaycan ərazisidir. Sentyabrın 20-dən sonra isə Azərbaycan Qarabağ üzərində də öz suverenliyini tam bərpa edib.
İran mətbuatına müsahibə verən başı əmmaməli molla daha sonra erməniləri farsların ən yaxın dostu adlandırıb və Azərbaycanı Qarabağı “işğal” etməkdə ittiham edib. Bu həyasız adam bildirib ki, “Azərbaycan regiondankənar ölkələrin və sionist rejimin imkanlarından istifadə edərək Ermənistan üzərində hərbi üstünlük əldə edib, lakin bu, ona istədiyini ələ keçirməyə imkan vermir”.
Heydəri daha sonra deyib ki, Qarabağ həmişə Ermənistana məxsus olub: “İnsanların Ermənistana qaçması Azərbaycan ordusunun onları atəşə tutması ilə bağlıdır. Hələ bu, o demək deyil ki, Qarabağdakı ermənilər öz mahiyyətini və kimliyini itiriblər, çünki ənənəvi olaraq Qarabağ həmişə Ermənistan ərazisi olub”.
Bu, sadəcə İran molla rejiminin Azərbaycana qarşı mövqeyini ifadə edir. Çünki Şəhriyar Heydəri İran İslam Respublikasının rəsmi şəxslərindən biridir.
450 dəfə oxundu