“Bizim münaqişəmiz dini deyil, siyasidir” – Fələstin

“Bizim münaqişəmiz dini deyil, siyasidir” –
“Yaxın Şərqdə münaqişənin həlli mümkün ola bilər, çünki onun səbəbləri dini deyil, siyasidir”.
Yeniavaz.com TASS-a istinadən xəbər verir ki, bunu Fələstinin BMT-dəki Daimi Müşahidəçisi Riyad Mənsur bildirib.
“Bizim münaqişəmiz dini deyil, siyasi xarakter daşıyır, ona görə də onu həll etmək olar”, - diplomat bildirib.
O, həmçinin əlavə edib ki, Fələstin və İsrail beynəlxalq normalara uyğun olaraq sülh və təhlükəsizlik şəraitində yan-yana yaşaya bilərlər.
BMT-dəki Daimi Müşahidəçi vurğulayıb ki, Təhlükəsizlik Şurası “qırğını dayandırmaq” üçün Qəzza zolağında indi atəşkəsə çağırmalıdır.
"1 milyondan çox insan öz yurd-yuvasından didərgin düşüb. İnsanlar hətta öz yaxınlarını dəfn edib yas saxlaya bilmirlər", - diplomat əlavə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
537 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...