BQXK-dən Laçın yolundan istifadə edilməsi ilə bağlı AÇIQLAMA

BQXK-dən Laçın yolundan istifadə edilməsi ilə bağlı
BQXK əvvəldən elan etdi ki, təhlükəsizliyi təmin edilən istənilən yoldan istifadə etməyə hazırdır.

Trend xəbər verir ki, bu barədə BQXK-nın Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

“BQXK həmçinin onu da bildirdi ki, əlaqədar qurumların qəbul etdiyi yollardan istifadə etməyə hazırdır. Bu hansısa ölkədən icazə almaq məsələsi deyil. Laçın yolundan istifadə edilibsə, deməli razılaşdırılıb. Əlaqədar qurumlar, qəbul edən və çatdıran tərəflər razılaşdırdı və sentyabrın 18-də Ağdam yolu ilə yük keçirildi”,- deyə o, əlavə edib.

Qeyd edək ki, BQXK jurnalistlər üçün məlumatlandırıcı sessiya keçirir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
531 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...