“Rusiya müttəfiqlik öhdəliklərini yerinə yetirə bilmədi” - Paşinyan

“Rusiya müttəfiqlik öhdəliklərini yerinə yetirə bilmədi” -
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın hərbi bazalarının dövlət ərazisində olmasının heç bir üstünlüyü görmədiyini bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

“O, əlavə edib ki, Rusiya hərbi bazalarının Ermənistanda davam etməsində heç bir üstünlük görmür”, - materialda deyilir.

Ermənistan Baş nazirinin sözlərinə görə, Ermənistan yeni tərəfdaşlar axtarır, çünki Rusiya müttəfiqlik öhdəliklərini yerinə yetirə bilmədi.

O qeyd edib ki, Qarabağda baş verən hadisələr Ermənistanı müdafiə sahəsində yeni tərəfdaşlar axtarmağa vadar edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
495 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...