Bakıya qarşı oyun: Brüssel görüşü niyə baş tutmadı?
Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın Brüssel görüşü baş tutmayıb. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar bildirib ki, Brüsseldə bu ay görüş olmayacaq.
Avropa İttifaqı bu görüşün təşkilinə ciddi şəkildə hazırlaşırdı və tərəflərdən razılıq aldıqlarını elan etmişdilər. Buna rəğmən, görüşün keçirilməməsi suallar doğurur.
Aİ rəsmisi səbəb kimi vaxt azlığını göstərib. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da iddia edib ki, görüşün baş tutmasının səbəbi Azərbaycan Prezidentinin vaxt azlığıdır. Rəsmi Bakı məsələyə münasibət bildirməyib.
Hərçənd, Bakının görüşdən imtinası ehtimalı mümkün görünür və bu, səbəbsiz deyil.
Klaar "AB-nin məqsədi Qarabağ ermənilərinin öz "evlərinə” qayıtmasıdır” və onlar "Əliyevin iştirak etmədiyi Qranada görüşünü əsas götürərək, Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin görüşünü təşkil etməyə çalışırlar” deyib.
Daha öncə də yazmışdıq: Avropa Brüssel görüşündə də Qranadada Azərbaycanın iştirakı olmadan qəbul edilən bəyanatı irəli sürəcək və bunun qəbuluna çalışacaq.
Qranada bəyanatında Qarabağdan çıxan ermənilərin heç bir şərt olmadan geri qayıtması yer alır və bu, erməni separatizminin bölgəyə qayıtması riskini yaradır. Çünki "heç bir şərt olmadan” qeydi Azərbaycanın qayıtmaq istəyən ermənilərə "vətəndaşlığın qəbulu” tələbinə qarşıdır. Bəyanat kommunikasiyanın açılması və sərhədin delimitasiyası da İrəvanın istədiyi formada həyata keçirilməsini özündə əks etdirir. Əliyevin Fransanın təşəbbüsü ilə keçirilən həmin görüşdən imtinasının səbəblərindən birinin məhz mətni öncədən hazırlanmış bu bəyanat olduğu istina edilməməlidir.
Aİ-nin Qranada bəyanatını, yaxud buna uyğun mətni Brüssel formatına daşımaq istəyi aydın görünür. Klaarın "məqsədimiz Qarabağ ermənilərinin öz evlərinə qayıtmasına nail olmaqdır” sözləri də bunu deməyə əsas verir. Bu yanaşma Ermənistanın mövqeyinin qəbul etdirilməsi məqsədi daşıyır və belə görünür ki, yanaşma dəyişməyəcəyi təqdirdə Bakı Brüssel formatını da sıradan çıxaracaq.
503 dəfə oxundu