İrəvanda məxfi görüş: separatçıların Bakıya qarşı planı

İrəvanda məxfi görüş:
Qarabağdan Ermənistana qaçan separatçılar yenidən fəaliyyətə başlamağa, Azərbaycana qarşı separatizmi davam etdirməyə hazırlaşır.

Gundeminfo.az Publika.az-a istinadən xəbər verir ki, qondarma rejimi ləğv edən separatçıların sonuncu “başçısı” Samvel Şahramanyan İrəvanda bu qərarından imtina edəndən sonra “gələcəkdə nə etmək” haqda müzakirələrə başlayıb.

Ermənistan mediasının məlumatına görə, separatçılar dünən “Marriott” otelində qapalı toplantı keçirib. Toplantıda Şahramanyanla yanaşı, artıq mövcud olmayan qondarma “parlamentin keçmiş rəhbəri” olmuş Aşot Qulyan, qondarma “deputatlar” və digər separatçılar iştirak edib.

Qapalı toplantı bir neçə saat davam edib. Detallar açıqlanmır, amma əsas müzakirənin Xankəndidə qondarma rejimin ləğvi ilə bağlı verilən qərardan imtina edilməsi və bundan sonra atılacaq addımlarla bağlı olduğu deyilir.

Aşot Qulyan artıq prosesin başlandığını və yenidən fəaliyyətə keçmək haqda düşündüklərini deyib.

Separatçıların qondarma “nazir müavinlərindən” olmuş Artur Ayrapetyan isə qeyd edib ki, qapalı toplantıda baş verənlərə görə məsuliyyət məsələsini müzakirə ediblər, lakin əsas mövzu qarşıda atılacaq addımlarla bağlı olub. Eyni zamanda, Qarabağa qayıtmaq məsələsini müzakirə ediblər. Hərçənd, separatçılar erməni əhalisinin mövcud şərtlərlə - Azərbaycan vətəndaşlığını qəbul etdikləri halda qayıtmasına qarşıdırlar. Məlumata görə, toplantıda bu məsələ xüsusilə müzakirə edilib. Onlar hansısa “status”, yaxud “beynəlxalq zəmanət” altında qayıtmaq imkanları haqda düşünür.

Qərara alınıb ki, özləri tərəfindən ləğv edilmiş qondarma “artsax”ı qoruyub saxlasınlar və Ermənistanda fəaliyyətlərini davam etdirsinlər. Qarşıdakı dövrdə yeni toplantıların keçiriləcəyi, erməni separatizminin dirçəldilməsi istiqamətində aktiv fəaliyyəti bərpa edəcəkləri gözlənilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
415 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...