“Vaşinqtonda Azərbaycanla danışıqlara hazırıq” – Armen Qriqoryan

  “Vaşinqtonda Azərbaycanla danışıqlara hazırıq” –
“Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlar Vaşinqtonda baş tuta bilər”.
Yeniavaz.com xəbər verir ki, bunu ölkənin İctimai Televiziyasına müsahibəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
“Biz sülh müqaviləsi üzərində işi başa çatdırmaq və mümkünsə, ilin sonuna qədər onu imzalamaq üçün danışıqları davam etdirməyə hazırıq. Vaşinqtonda danışıqlar aparmaq üçün müxtəlif səviyyələrdə imkanlar var. Ermənistan buna hazırdır və ümid edir ki, belə bir görüş baş tutacaq”, - Qriqoryan bildirib.
Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, Ermənistan tərəfi danışıqlara o ölkələrə gedir ki, orada imkanlar görür və aydın təkliflər var. Qriqoryan bildirib ki, Moskvadan belə təkliflər barədə məlumatı yoxdur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
531 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...