“Ermənistan bizi yeni müharibəyə sövq edir” - Deputat
"Erməni siyasətçilərin bu sayaq sərsəm bəyanatları absurddur. Sülhün əleyhinə gedənlər müharibə istəyir. Azərbaycanla müharibəyə girişmək isə siyasi dəlilikdir".
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Ermənistanda bəzi revanşist qüvvələrin Qarabağı guya geri qaytara biləcəkləri barədə xəstə təxəyüllərini şərh edərkən deyib.
Deputat qeyd edib ki, Ermənistanda revanşizmin mövcudluğu və onun güclənməsində maraqlı olan beynəlxalq güclərin olduğu heç kimə sirr deyil:
"Revanşizm dalğası fonunda da Ermənistanda özlərini siyasətçi hesab edən bəziləri sərsəm bəyanatlar verir. İndi də məlum olur ki, Respublika Partiyasının təmsilçilərindən biri absurd mövqe ortaya qoyaraq, "bəlkə də qaytardılar” sevdası ilə yaşayır. Qarabağıı itirdiklərinin, Azərbaycanın öz suverenliyini tam təmin etdiyinin, Ermənistan hakimiyyətinin Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanıdığının fərqindədirlər. Bu reallıq fonunda xülyalar, ilyuziya və utopiya ilə yaşayır və hesab edirələr ki, qəlblərində ideoloji düşüncə kimi Qarabağı yaşatmaq lazımdır. Ardınca, bu istiqamətdə təşkilatlanma aparılması, ideoloji düşüncəni maddiləşdirməyi düşünürlər. Nəhayət, beynəlxalq situasiyanın uyğun gələcəyi təqdirdə, hərəkətə keçməyi zənn edirlər. Bu, tamamilə xülyadır. Düşünmürlər ki, Azərbaycan torpaqlarını işğaldan azad edən Ordu yerində sayırmır. Azərbaycan Ordusu bundan sonra daha da güclənəcək. Azərbaycan 2024-cü ildə hərbi xərclərə 6,4 milyard manat vəsait ayırıb. 2023-cü illə müqayisədə bu rəqəm 366,2 milyon manat çoxdur. Gələcəkdə də hərbi büdcəmiz ümumi büdcədə əsas yer tutacaq. Hazırda büdcənin 17,7 faizi hərbi xərclərə ayrılır. Ermənistanda "Bəlkə də qaytardılar" xülyası ilə yaşayanlar unutmasın ki, hazırda Azərbaycan Ordusu tarixi zəfərə imza atan ordumuzdan daha güclüdür. Sabah isə daha da güclü olacaq. Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ona görə də erməni siyasilərinin bu sayaq xəyal və düşüncənin özü sərsəm, bəyanatın özü absurddur. Onu da bilsinlər ki, Ermənistan hakimiyyəti də qondarma rejimin tör-töküntülərinin təşkilatlanması, ofis alması kimi niyyətlərinə qarşı çıxır, buna imkan vermir. Kim sülhün əleyhinə gedirsə, o müharibə istəyir. Azərbaycanla müharibəyə girişmək siyasi dəlilikdir".
Qeyd edək ki, Ermənistanda revanşist qüvvələr hələ də özlərinin sarsaq niyyətlərindən əl çəkmirlər. Bu günlərdə Ermənistanın Respublikaçılar Partiyasının vitse-prezidenti Armen Aşotyan guya yenidən Qarabağı qaytara biləcəkləri iddiasında bulunub. Ardınca o bildirib ki, amma ağlımızda, qəlbimizdə, yaddaşımızda ondan imtina etsək, itkisi qaçılmaz olacaq. O, guya "Artsax” probleminin qlobal siyasi əhəmiyyət kəsb etdiyindəm dəm vurub:
"Mənim üç maddəlik şərtim var. Birinci şərt "Artsax”ın qaytarılmasını arzu, məqsəd, ümumxalq ideyası kimi qəbul etməkdir. İkinci şərt bu məqsədə çatmaq üçün kompleks səylər göstərmək, erməni potensialını tam üzə çıxarmaq və istiqamətləndirmək, dövləti gücləndirməkdir. Üçüncü şərt əlverişli beynəlxalq vəziyyət, geosiyasi iqlimin yaranmasıdır. Tarix sübut edir ki, bu da mümkündür”.
448 dəfə oxundu