Ərdoğan məhkəməni uddu: Kılıçdaroğlu təzminat ödəyəcək

Ərdoğan məhkəməni uddu:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2021-ci ildə şəxsi hüquqlarını pozduğunu əsas gətirərək, Cümhuriyyət Xalq Parytiyasının (CHP) keçmiş sədri Kamal Kılıçdaroğluna qarşı açdığı mənəvi təzminat davası Ərdoğanın xeyrinə yekunlaşıb.
Yeniavaz.com TRT-yə istinadla xəbər verir ki, işə baxan Ankara Məhkəməsi Kılıçdaroğlunu 65 min lirə (3 min 789 manat) mənəvi təzminat cəzasına məhkum edib.
Vəkil Hüseyn Aydın bildirib ki, Ərdoğan Kılıçdaroğlundan qazandığı 65 min lirəlik mənəvi təzminatı Qəzzada kimsəsiz uşaqlara xərclənmək üçün Türk Qızıl Aypara Cəmiyyətinə bağışlayıb.
Qeyd edək ki, təzminat davası Kamal Kılıçdaroğlunun 2021-ci il yanvarın 26-da Türkiyə parlamentində keçirilən qrup toplantısındakı çıxışında dövlət başçısına qarşı işlətdiyi ifadələrə görə açılmışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
471 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...