Yusif Bağırzadə namizədliyini geri götürdü

Yusif Bağırzadə namizədliyini geri götürdü
Yusif Bağırzadə namizədliyini geri götürdü Siyasi ekspert Yusif Bağırzadə 7 fevral növbədənkənar prezident seçkisində namizəd kimi iştirakdan imtina edib.

Bu barədə Musavat.com-a açıqlamasında Yusif Bağırzadə bildirib: "Seçkidə iştirak haqqında qərar verdiyim gündən etibarən bu qərarın arxasında dayanan əsas səbəbin 7 fevral seçkilərinin Azərbaycanın bütün ərazisində keçirilən ilk seçki olduğunu və bu tarixi prossein bir parçası olmaq istədiyimi bəyan etmişdim. Eyni zamanda seçkiləri ideya və baxışlarımı daha geniş auditoriyaya çatdırmaq imkanı olaraq gördüyümü bildirmiş və naziməzdliyimi irəli sürmüşdüm.

Təbii ki, məqsəd prezident İlham Əliyevə alternativ olmaq deyildi, çünki hər kəs razılaşar ki, bu seçkilərdə İlham Əliyevə rəqib olacaq və onunla rəqabət apara biləcək namizəd yoxdur.

Nəticədə seçki qərargahımın üzvlərinin, eləcə də imza toplama kampaniyasında aktiv şəkildə iştirak edən şəxslərin də rəyini nəzərə alaraq seçki yarışını dayandırmaq haqqında qərar verdim.

Prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini dəstəklədiyimi bəyan edərək tərəfdarlarımı da ona səs verməyə çağırıram".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
335 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...