Papa Azərbaycan-Ermənistan sülh danışıqlarını dəstəklədiyini bəyan edib

Papa Azərbaycan-Ermənistan sülh danışıqlarını dəstəklədiyini bəyan edib
Roma Papası Fransisk Ermənistan və Azərbaycan arasında davam edən danışıqları dəstəklədiyini bildirib.
Yeniavaz.com “Vatican news”a istinadla xəbər verir ki, bu barədə o, “Urbi et Orbi” (şəhərə və dünyaya) papalıq xeyir-duası zamanı danışıb.
“Beynəlxalq ictimaiyyətin dəstəyi ilə onlar dialoqu davam etdirə, köçkünlərə kömək edə, müxtəlif dini konfessiyaların ibadət yerlərinə hörmət göstərə və mümkün qədər tez bir zamanda yekun sülh razılaşmasına nail ola bilərlər”, - Papa bildirib.
“Qoy dirilmiş Məsih dünyanın digər yerlərində zorakılıqdan, münaqişələrdən, qida çatışmazlığından və iqlim dəyişikliyinin nəticələrindən əziyyət çəkən hər kəs üçün ümid yolunu açsın”, - deyə Papa qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
471 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...