"Bu, İran üçün çox pis nəticədir" - Tofiq Zülfüqarovla müsahibə
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Bakupost.az -ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:
- Tofiq müəllim, bir neçə gün əvvəl İran İsrailə PUA və raketlərlə hücum etdi. İsrail tərəfi İrana cavab zərbələri endirəcəyini bildirib. Bu, nə dərəcədə gözləniləndir? Hədəf olaraq İran ərazisindəki obyektlər, yoxsa İranın proksiləri seçilə bilər?
- Birincisi, zərbə olacaq və ya olmayacaq, bu, hələ sual altındadır. Zərbə təbii ki, İranın özünə olsa, onda cavab zərbəsi hesab oluna bilər. Bunu hamı başa düşür və Netanyahu da bilir ki, onun ictimaiyyət qarşısında verdiyi bəzi bəyanatlarının yükü hələ də öz üstündədi. Digər ərazilərə zərbələr olsa, bu, onu göstərəcək ki, İsrail öz mövqeyindən dönüb.
İranın zərbələrinin real nəticələrinin nədən ibarət olmasıyla bağlı hələ də dəqiq məlumat yoxdur. Çünki tərəflər müxtəlif mənzələr göstərirlər. İsrail bildirir ki, cəmisi 4 ədəd raket onun ərazisinə çatıb və heç bir ziyan dəyməyib. Əgər belədirsə, onda digər problemlər ortaya çıxır. Çünki İran və İsrailin müdafiə imkanları, indiki mərhələdə orta mənzilli ballistik raketlər və PUA-ları nəzərə alsaq, demək olar ki, eyni səviyyədədir. Bu da mənfi fəsadlar yaradacaq. İranın hərbi sənayesi və müdafiə imkanları tənqid olunacaq. Ona görə məsələlər açıq qalır. Əgər İrana digər ərazilərdə cavab verilsə, bu da bəzi radikal dairələrdə tənqidlə qarşılanacaq. Yəni Netanyahu hələ də seçim qarşısındadır. Hiss olunur ki, ABŞ indiki mərhələdə vəziyyətin gərginləşməsini istəmir.
- Sizcə, münaqişənin genişlənməsi ehtimalı varmı? Sizin də qeyd etdiyiniz ki, ABŞ İsraili müharibədən çəkindirmək istəyir. Vaşinqton buna nail ola biləcəkmi?
- Burda digər bir mənzərə də ortaya çıxıb. Bir neçə ay öncə İran və Səudiyyə Ərəbistanı arasında gərginliyin aradan götürülməsi istiqamətində fikirlər və bəyanatlar var idi. Prosesin də arxasında Çin durmuşdu. İndi isə biz bilirik ki, həm Səudiyyə Ərəbistanı, həm də İordaniyanın ərazisindən İranın hücumlarına qarşı istifadə olunurdu. Bu da mənzərənin təzə bir elementidir. Yəni burda istər-istəməz iki cəbhəni görürük. Qərb cəbhəsi və Rusiya- İran-Çin cəbhəsi. Vəziyyət mürəkkəbdir. Sadəcə olaraq Bayden administrasiyası seçki ərəfəsində bu qarşıdurmanın qarşısını almaq istəyir. Amma mümkün olacaq, yoxsa yox? Məsələ burasındadır ki, Netanyahu bir çox hallarda ABŞ administrasiyasının rəyini nəzərə almır. O, bəlkə də Trampın hakimiyyətə qayıtmasını istəyir.
- İranın hücumunun nəticələri ilə də bağlı müxtəlif fikirlər səslənir. Bəzi ekspertlər bu hücumun çox ugursuz olduğunu, bəziləri isə əksinə, İranın qarşıya qoyduğu hədəfə çatdığını bildirilər...
- İnformasiya müharibəsi istənilən bir müharibənin tərkib hissəsidir. Bizə çatdırılan məlumat qanunlara uyğun olan şəkildə çatdırılır. Amma bir şey də məlum olur ki, İsrail və Qərb texnoloji baxımından indiki İran və onun arxasında dayananlara hələ də qarşıdurmaya lazımı səviyyədə hazır olmadıqlarını göstərdi. Bu da İran üçün çox pis nəticədir. Çünki daxildə ona qarşı müxtəlif müxalif qüvvələrin güclənməsi istisna olunmur. Deyilənlər doğrudursa, o zaman konfrontasiya tərəfdarları İran hakimiyyətini tənqid atəşinə tutulacaqlar ki, niyə o qədər raketdən cəmi 4-ü İsrailə çatıb. İran və İraq ərazisində məftillərə dolaşan PUA-larla bağlı videolar da görürük. Bu da onu göstərir ki, texnoloji baxımdan İranın hərbi imkanları o qədər də yaxşı deyil.
- İsrail-İran qarşıdurması daha da kəskinləşərsə, Azərbaycanı hansı təsirlər gözləyir? Azərbaycan bu münaqişə ilə bağlı hansı mövqedə durmalıdır?
- Bizdə ənənəvi bir mövqe var. Bu da ondan ibarətdir ki, həm İsraillə, həm də İranla çox geniş münasibətlərimiz mövcuddur. Bu münasibətlərin xarakter fərqi olsa belə, humanitar aspektləri götürsək görəcəyik ki, ümumiyyətlə, Azərbaycan bu ölkələr arasında genişmiqyaslı bir qarşıdurma olmasını istəmir. İstisna etmirəm ki, Azərbaycan öz imkanlarından istifadə edib hansısa mesajların çatdırılması, əlaqələrin yaradılması kimi öz xoşməramlı xidmətlərini təklif edə bilər. Amma biz başa düşməliyik ki, neytral bir mövqedəyik. O biri tərəfdən, İranda hakimiyyətdə olan radikal dairələr indi yaxşı başa düşürlər ki, Azərbaycanla stabil münasibətlər onlar üçün bəlkə də ən yaxşı variantıdır. Çünki İran görür ki, hazırda o, düşmənlərin əhatəsindədir. Bu baxımdan ən stabil sərhəd Azərbaycanla sərhəddir. Bu çox önəmli məsələdir. Əminəm ki, hətta İranın radikal dairələri də buna lazımı qiymət verəcəklər.
469 dəfə oxundu