Türkiyə və Ermənistan arasında viza rejimi sadələşdiriləcək – Razılıq əldə olundu

Türkiyə və Ermənistan arasında viza rejimi sadələşdiriləcək –
Türkiyə-Ermənistan normallaşma prosesi üzrə xüsusi nümayəndələrin 5-ci görüşü keçirilib.

Yeniavaz.com TRT-yə istinadla xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Türkiyə və Ermənistan ikitərəfli münasibətlərin normallaşması prosesini ilkin şərt olmadan davam etdirmək niyyətlərini təsdiqləyiblər.

Nazirliyi məlumatına görə, iyulun 30-da Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələr, səfir Serdar Kılıç və Ermənistan Parlamentinin sədr müavini Ruben Rubinyan iki ölkənin ümumi sərhədində yerləşən Alican-Marqara sərhəd qapısında beşinci görüşlərini keçiriblər.

Əvvəlki görüşlərində razılaşdıqları məsələləri təsdiqləyən xüsusi nümayəndələr həmçinin Akyaka-Axurik dəmir yolu keçidinin fəaliyyətinin təmin edilməsi üçün texniki tələblərin qiymətləndirilməsi, həmçinin qarşılıqlı viza rejiminin sadələşdirilməsi barədə razılığa gəliblər.

Həmçinin, xüsusi nümayəndələr son məqsədə - iki ölkə arasında münasibətlərin tam normallaşmasına nail olmaq üçün heç bir ilkin şərt olmadan normallaşma prosesini davam etdirmək barədə razılıq əldə ediblər.

Türkiyə və Ermənistan arasında viza rejimi sadələşdiriləcək –



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
426 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...