Ceyhun Bayramovdan sülh AÇIQLAMASI

Ceyhun Bayramovdan sülh
Qazaxıstanın Azərbaycan və Ermənistan arasında danışıqlar üçün platforma təklif etməsi bu ölkənin sülh prosesinə verdiyi önəmin göstəricisidir.

Bu barədə Azərbaycan XİN başçısı Ceyhun Bayramov Qazaxıstan xarici işlər naziri Murat Nurtleu ilə birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, Qazaxıstan tərəfinin də dəstək verdiyi prosesdə Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin normallaşması və yekun sülh sazişi imzalanması istiqamətində böyük məsafə qət edilib:

"Lakin buna baxmayaraq, Ermənistan Konstitusiyası çərçivəsində hələ də Azərbaycana qarşı ərazi iddiasının mövcudluğu, Ermənistanın sürətlə silahlanması və revanşizmə meyillənməsi sülh prosesinin önündə ən böyük maneə olaraq qalır". (Report)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
134 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...