“Azərbaycanla ikitərəfli münasibətlər çətin mərhələdədir” – Zaxarova

“Azərbaycanla ikitərəfli münasibətlər çətin mərhələdədir” –
“Moskva Bakı ilə münasibətlərin tezliklə normallaşacağını gözləyir və Azərbaycanın həbsdə olan Rusiya vətəndaşlarını azad etməsi bu prosesi asanlaşdıracaq”.
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
“Hazırda Azərbaycanla ikitərəfli münasibətlər, yumşaq desək, çətin mərhələdədir. Rusiya bunun uzanmamasını təmin etmək əzmindədir. Biz tezliklə normallaşmaya ümid edirik. Bu yolda mühüm addım Azərbaycan hakimiyyəti tərəfindən saxlanılan Rusiya vətəndaşlarının azadlığa buraxılması olardı”, - diplomat qeyd edib.
O xatırladıb ki, Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev Rusiya XİN-ə çağırılıb və ona Rusiya vətəndaşlarının, o cümlədən jurnalistlərin və turistlərin azad edilməsi ilə bağlı nota təqdim edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
77 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...