Hafiz Hacıyev tərəddüd edir - "partiya daxilində gərginlik var"

Hafiz Hacıyev tərəddüd edir -


YAP-ın deputatlar siyahısı açıqlansa da, Müasir Müsavat Partiyası seçkidə iştirakla bağlı hələ də qəti qərar verə bilməyib

Bu barədə mia.az-a açıqlama verən MMP sədri Hafiz Hacıyev deyib ki, hazırda seçki ilə bağlı müzakirələr yekunlaşmayıb: «Düzünü desəm, partiya daxilində müəyyən gərginlik var. Seçkidə iştirak edib-etməməklə bağlı vahid mövqeyə gələ bilmirik. Məhz, bu səbəbdən də qəti qərar verə bilmirik. Amma hələ vaxta var, müəyyən müzakirələrdən sonra qərarımızı verəcəyik. Bilirsiniz ki, bizim partiyada keçən ay keçirilən iclasda müavinlərlə çox böyük bir sıxıntı yaşandı. Başqaları kimi bir sədr, bir papkadan ibarət deyilik, partiyanın strukturları var qərarlar orda qəbul olunur. Siyasi Şuranın iclası çağırılacaq, müzakirələr aparılıb qərar veriləcək. Partiyada nə qərar veriləcək, tabe olacağıq».

Özünün hansı dairədən namizəd olacağına gəlincə, H.Hacıyev bildirib ki, əgər partiya seçkidə iştirak qərarı versə, Xanlar-Daşkəsən seçki dairəsindən namizədliyini irəli sürəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1107 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...