Ziya Məmmədovun qardaşı geri çəkildi

Ziya Məmmədovun qardaşı geri çəkildi


"Bu il noyabrın 1-də Milli Məclisə keçiriləcək parlament seçkilərinə namizədliyimi öz istəyimlə irəli sürmədim”

Bunu nəqliyyat naziri Ziya Məmmədovun qardaşı,deputat Elton Məmmədov deyib. O bildirib ki, çoxsaylı seçicilərin müraciətinə rəğmən, namizədliyini verməkdən imtina edib: "Təəssüflənməyə ehtiyac yoxdur. Mən 15 il dövlətin qanunverici orqanında təmsil olunmuşam. Seçicilərimin etimadını doğrultmuşam. Çoxsaylı seçicilər mənə müraciət etdi.

Amma böyük layihələrim, elmi işlərim var, sadəcə zamanım olmadığı üçün bu qərarı verdim”. Mia.az xəbər verir ki, Elton Məmmədov ötən seçkidə doğulduğu rayonu əhatə edən 91 saylı Ucar seçki dairəsindən deputat seçilib. Budəfəki seçkidə isə YAP onun deyil, Prezident Administrasiyasının Hüquq-Mühafizə Orqanları ilə İş şöbəsinin böyük məsləhətçisi, Korrupsiya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Vüsal Hüseynovun namizədliyini irəli sürüb. (AzNews.az)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1119 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...