Gürcüstan müxaifəti deputat mandatlarından rəsmən imtina etdi

Gürcüstan müxaifəti deputat mandatlarından rəsmən imtina etdi
Gürcüstanda parlament seçkilərində deputat mandatları əldə edən müxalifət partiyaları parlamentdə təmsil olunmaqdan rəsmən imtina ediblər.

“Report”un yerli bürosu xəbər verir ki, bununla bağlı siyasi təşkilatlar birgə bəyanat imzalayıblar.

Sənəddə bildirilib ki, müxalifət seçkiləri legitim hesab etmir.

Müxalifət seçkilərin nəticələrinin ləğvini və təkrar seçkilərin keçirilməsini tələb edir.

Bəyanata “Vahid Milli Hərəkat – Güc birlikdədir” bloku, “Avropalı Gürcüstan”, “Lelo”, “Aqmaşenebeli strategiyası”, “Vətənpərvərlər Alyansı”, “Vətəndaşlar – Eliko Elisaşvili” hərəkatı və Leyboristlər Partiyası imza atıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
570 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...