"Təəssüf ki, bu cür hallar Müsavat Partiyasında həqiqətə çevrilib" Tural Abbaslı

"Təəssüf ki, bu cür hallar Müsavat Partiyasında həqiqətə çevrilib"


“Mənim Müsavat Partiyasından çıxarılacağım barədə söhbətlər deputatlığa namizədliyimi vermək fikrində olduğumu bildirəndən başlayıb”. Bu barədə Trend-ə Müsavat Partiyasının üzvü Tural Abbaslı noyabrın 1-də keçirilən parlament seçkilərində iştirak etdiyinə görə, partiyadan uzaqlaşdırılacağı barədə məsələyə münasibət bildirərkən deyib.

T.Abbaslı bildirib ki, bu məsələ artıq Müsavat Partiyasında qeyri-ciddi vəziyyət alıb: “Yəni, partiyada bəziləri bu məsələnin gündəmdə olmadığını deyir, başqaları isə məsələnin gündəmdə olduğunu və baxılacağını deyir. Yəni partiya rəhbərliyi ilə strukturları arasında bu məsələ ilə bağlı əlaqə belə itib. Mən partiyanın nizamnaməsinin tələbləri ilə bağlı hər hansı pozuntu etdiyimi düşünmürəm. Təbii ki, partiya rəhbəri Arif Hacılının birbaşa göstərişi olacaqsa, mən partiyadan uzaqlaşdırıla bilərəm. Necə ki, Arif Hacılı əleyhdarları Qubad İbadoğlu, Səxavət Əlisoy və digərləri partiyadan uzaqlaşdırılıblar. Təəssüf ki, bu cür hallar partiya həqiqətlərinə çevrilib”.

T.Abbaslı bildirib ki, əgər o, partiyadan uzaqlaşdırılarsa, buna qarşı mübarizə aparacaq: “15 ildir Müsavat Partiyasının üzvüyəm. Bu zaman ərzində Müsavat Partiyası üçün çox əziyyətim olub. Əgər partiyada mənə qarşı haqsızlıq olarsa, təbii ki, haqqımı tələb edəcəyəm”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
921 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...