Ədliyyə Nazirliyi Əli Kərimlinin qurultayının nəticəsini tanımadı

Ədliyyə Nazirliyi Əli Kərimlinin qurultayının nəticəsini tanımadı


Ədliyyə Nazirliyi Əli Kərimlimin sədri olduğu Azərbaycan Xalq Cəbhəsi Partiyasının sonuncu qurultayının nəticələrini tanımayıb.

Virtualaz.org bildirir ki, bu barədə Əli Kərimli özünün Facebook səhifəsində yazıb. Nazirlik AXCP-nin təqdim etdiyi qurultay sənədlərini partiyaya geri qaytarıb. Səbəb kimi isə bildirilib ki, AXCP-dən ayrılmış sabiq sədr müavini Razi Nurullayev də Ədliyyə Nazirliyinə AXCP “Etimad qurultayı” adı ilə sənəd təqdim edib: “Ədliyyə Nazirliyi “eyni hüquqi şəxsin rəhbər orqanlarının formalaşdırılması barədə bir-birinə zidd olan müraciətlərin daxil olduğunu nəzərə alaraq” təqdim etdiyimiz sənədləri geri qaytarıb.Təkilif edib ki, “mübahisəli məsələni” həll etmək üçün məhkəməyə müraciət edək”.

Partiya sədrinin yazdığına görə, Ədliyyə Nazirliyi onun AXCP-nin sonuncu qurultayında sədr seçilməsini dövlət reyestrinə daxil etməyib. Lakin bununla belə, AXCP-nin dövlət qeydiyyatı ləğv edilməyib və qüvvəsindədir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1037 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...