“Rusiyanın məqsədi Nikolayev və Odessadır” - Viktor Lisitski

“Rusiyanın məqsədi Nikolayev və Odessadır” -
“Nikolayev və Odessa Rusiyalı işğalçıların növbəti hədəfidir. Rusiya Federasiyasında başa düşürlər ki, bu bölgə onlar üçün çox əlverişlidir. Donmayan Qara və Azov dənizləri Avropa və Asiyaya çıxış deməkdir. Bu, həmçinin qaratorpaq olan ərazilərdir. Ona görə də, bu əraziləri ələ keçirmək Rusiya Federasiyası üçün bəlkə də ən əsas vəzifələrdən biridir. Yoxsa onlar mənim doğma Nikolayevimi niyə bombalayardılar ki?”

Bu sözləri Oxu.Az-a açıqlamasında ukraynalı analitik, “Ukrsudprom” Assosiasiyasının prezidenti, SSRİ-nin keçmiş xalq deputatı və SSRİ Ali Sovetinin İqtisadi İslahat Komitəsinin keçmiş üzvü Viktor Lisitski deyib.

Ukraynalı siyasi şərhçi xatırladıb ki, qondarma “Novorossiya”nın Rusiyaya birləşdirilməsinə dair söhbətlər hələ ötən əsrin 90-cı illərində Rusiya Federasiyasında müzakirə edilirdi.

“Bu barədə Yeqor Qaydar (1992-ci ildə Rusiya Federasiyası hökumətinin sədri vəzifəsini icra edib) və mənim şəxsən tanıdığım Qavriil Popov (1991-1992-ci illərdə Moskvanın ilk meri) danışırdı. Mən onlardan belə açıqlamalar gözləmirdim.

Həmsöhbətimizin Ukrayna-Rusiya müharibəsinin nə zaman bitəcəyi və hansı diplomatik həll yolunun gözlənilməsinə dair proqnozu isə belə olub:

“Diplomatik nizamlanma o zaman baş verə bilər ki, Kreml onların Ukraynanı tərk etməli olduğunu anlasın. Onlar ölkəmizin ərazisini tərk etməli, bundan başqa vətənimizin dağılmış infrastrukturun bərpasında iştirak etməlidirlər. Görünür Rusiya ordusu Ukraynanın ələ keçirilməsi kimi nəhəng əməliyyata hazır deyildi. Ukrayna prezidenti Volodimir Zelenskinin bu çətin dövrdə böyük işlər görməsi də çox mühümdür. Bütün müharibələr gec-tez diplomatik müqavilələrin imzalanması ilə başa çatır. Biz də buna doğru getməliyik, amma yuxarıda qeyd etdiyim şərtlər çərçivəsində”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
488 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...