"İlk dəfədir ki, Ermənistan beynəlxalq arenada TƏKLƏNİR" - Qalstyan

  "İlk dəfədir ki, Ermənistan beynəlxalq arenada TƏKLƏNİR" -
“İlk dəfədir ki, Ermənistan beynəlxalq arenada təklənir”.

Gundeminfo.az KONKRET.az-a istinadla xəbər verir ki, bunu deputat Lilit Qalstyan sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, Ermənistanın ATƏT-dəki nümayəndə heyəti Birmingemdə keçirilən assambleyada qəbul etdiyi qətnamələrə Ermənistan və Qarabağla bağlı əlavələri daxil edə bilməyib.

Onun sözlərinə görə, ATƏT Assambleyası eksklüziv olaraq Ukrayna məsələsinə yönəlib. Bütün diqqətlər Rusiyanın pislənməsinə və sanksiyaların sərtləşdirilməsinə yönəldilib.

Hətta əsirlərin qaytarılması, məcburi köçkünlərin problemləri və mədəni irsin qorunması ilə bağlı humanitar məsələlər də müzakirə olunmayıb.

“İlk dəfədir ki, belə ciddi beynəlxalq arenada Ermənistanın təcrid olunması ilə üzləşirik”, – deyə Qalstyan qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
608 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...