"Rusiya əsgərləri döyüşməkdən imtina edirlər" - Pentaqon

"Rusiya əsgərləri döyüşməkdən imtina edirlər" -
Rus ordusunun üzvləri fərarilik edir və döyüş meydanında döyüşməkdən imtina edirlər.
Yeniavaz.com xəbər verir ki, bu barədə UNİAN Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyinə istinadən məlumat yayıb .
Pentaqonun rütbəli hərbçisinin sözlərinə görə, Rusiya hərbçilərinin ruhdan düşməsinə dair sübutlar var:
“Biz Rusiya ordusunda artan nizam-intizam və mənəvi problemlərin əlamətlərini görməkdə davam edirik. Bütün eütbələrdən olan rus hərbçilərinin postlarını necə tərk etmələri və ya döyüşməkdən imtina etmələri haqqında çoxlu məlumatlar da var. Biz bunu təsdiqləyən ukraynalılarla söhbətlər aparmaqda davam edirik”.
Xatırladaq ki, bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı da Rusiya tərəfdən fərarilik hallarının artdığını açıqlamışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
755 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...