ABŞ təmsilçiləri Daşkənddə “taliban”çılarla görüşüblər

ABŞ təmsilçiləri Daşkənddə “taliban”çılarla görüşüblər
Daşkənddə Əfqanıstanla bağlı keçirilən beynəlxalq konfransda ABŞ təmsilçiləri ilə “Taliban” nümayəndə heyəti arasında görüş baş tutub.

"Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın xüsusi nümayəndəsi Tomas Vest sosial şəbəkələrdə paylaşım edib.

Məlumata görə, görüşdə ABŞ-ın əfqan qadınları, qızları və bu ölkədə insan hüquqları üzrə xüsusi nümayəndəsi Rina Amiri də iştirak edib.

Xatırladaq ki, daha əvvəl ABŞ Dövlət Departamenti iqtisadi məsələləri həll etmək üçün terror və maliyyə kəşfiyyatı üzrə nazir müavini Brayan Nelsonun “taliban”çılarla görüşəcəyini açıqlamışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
696 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...